Dizi üstə çöküb Azərbaycandan sülh dilənənlər atəşkəsi pozanda bir az dərindən düşünməlidirlər... - ÇAĞIRIŞ

2022-05-31 12:04:00

Dizi üstə çöküb Azərbaycandan sülh dilənənlər atəşkəsi pozanda bir az dərindən düşünməlidirlər... - ÇAĞIRIŞ

Kəlbəcər istiqamətində fasiləsiz olaraq demək olar ki, hər gün atəşkəsi pozan Ermənistan, 18 aydır qalıqlarını tapa bilmədiyi 208 nəfər vətəndaşının acı taleyini və 10 min fərari hərbçisinin döyüşdən ildırım sürəti ilə qaçmasını çox erkən unudub. Bu isə Azərbaycan Ordusunu Qaragöl, Alagöllər, Fərrux və digər istiqamətlərdə erməni təxribatlarına qarşı həyata keçirdiyi uğurlu əməliyyatları təkrarlamağa məcbur edir. Azərbaycan Əsgərinə atəş açılmasına əmr verən hərbi-siyasi rəhbərlər unutmalı deyil ki, hər yeni uğurlu əməliyyat əvvəlkini diqqətdən yayındırır.

Əgər erməni tərəfi danışıqlar prosesinin nəticə əldə etməyə yaxın olduğu bir vaxtda atəşkəsi pozursa, deməli düşmən artıq harınlayıb.Belə olan halda Azərbaycan tərəfi də fərqli yanaşma tətbiq etməlidir. Məsələn, diplomatlar danışıqları davam etdirir, sülh mesajları verir, Əsgərimiz isə də çox dərin düşünmədən, döyüş nizamnaməsinin müvafiq tələbləri çərçivəsində, təhlükəsizliyimizi təmin etmək məqsədilə atəş açılan fərari düşmənin mövqelərini “şumlayır”. Torpağın kimyəvi tərkibinin keyfiyyətini artırandan sonra isə həmin mövqedə yerləşən bölmələrimiz Azərbaycan Bayrağı qaldırır. Bundan sonra erməni əsgəri atəş açmaq əmrini yerinə yetirməzdən əvvəl 3 dəfə düşünəcək.

Dizi üstə çöküb Azərbaycandan sülh dilənənlər gübrə olub torpağa qarışmaqda davam etmək istəmirlərsə, bir az dərindən düşünməlidirlər. Hazırda ciddi təhlükəsizlik probleminə malik olmaqla bərabər dərin siyasi-hərbi-iqtisadi böhran keçirən və Zəngəzur dəhlizinə “hamilə” qalan Ermənistanın bu gün altını üstünə çevirmək üçün 2 cümləlik bəyanat, yaxud da İrəvanın mərkəzindən və ya sərhəd bölgəsindən bir-iki dənə “səmərəli” görüntü yetərlidir. Əgər buna Ermənistanda inanan azdırsa, o zaman erməni tərəfi atəşkəsi pozmaqda davam etsin. (moderator.az)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya