"Diz çökməyə hazıram" - Məşhur futbolçu Putinə MÜRACİƏT ETDİ - VİDEO

2022-06-15 20:53:00

Rusiya millisinin keçmiş kapitanı Ukraynadakı müharibəyə görə Putinə müraciət edib.

Bu barədə Denisov jurnalist və şərhçi Nobel Arustamyanın YouTube kanalına müsahibəsində danışıb. UEFA kubokunun və UEFA Superkubokunun qalibi müharibəyə son qoymaq üçün Rusiya Prezidentinin qarşısında diz çökməyə hazır olduğunu bildirib.

Rusiya millisinin sabiq kapitanı İqor Denisov ölkəsinin Ukraynaya qarşı hərbi təcavüzünə münasibət bildirib. “Zenit”, Moskva “Lokomotiv”i və “Dinamo”nun keçmiş futbolçusu etiraf edib ki, o, Kremlin lideri Vladimir Putinə cinayət əməllərini dayandırmağa çağıran müraciət yazıb, lakin heç bir media bunu dərc etməyib.

“Bəlkə bu sözlərə görə həbs olunaram, ya da öldürülərəm, amma müharibənin əleyhinəyəm. Bizim “böyüyümüz”ə müraciət yazdım… Onun qarşısında diz çökməyə hazır olduğumu bildirdim ki, hər şeyi dayandırsın. Bu, işğal başlayandan sonra üçüncü və ya dördüncü gündə olub. Mən qürurlu adamam. Amma təəssüf ki, heç bir media bunu dərc etmədi. Ağırdır. Amma təbii ki, indi də bunu deyəndə mən vahimə basır, çünki onlar bütün bu cinayət qanunlarını qəbul edirlər. Mən gizlənmirəm və heç yerə getmirəm. Nə olur-olsun. Düşünürəm ki, fikrimi bildirməliyəm”, – Denisov bildirib.

Xatırladaq ki, Ukraynadakı müharibənin əleyhinə çıxış edən yeganə rusiyalı futbolçu “Dinamo”nun hücumçusu Fyodor Smolov olub. İnstaqram sosial şəbəkəsində müharibə əleyhinə yazdığı paylaşımdan sonra o, Rusiya millisinə çağırılmayıb.

Video Oynadıcı

 

KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya