Saat:18:07
Haqqımızda

Dırnaq yemənin əsl səbəbləri... – Qarşısını necə alaq?

2022-08-19 00:10:00

Dırnaq yemənin əsl səbəbləri... – Qarşısını necə alaq?

Dırnaq yemənin əsl səbəbləri məlum olub. Uzman psixoloq Tülinay Seçkin evdə bacı-qardaş qısqanclığının dırnaq yeməyə səbəb olduğunu diqqətə çatdırıb. Psixoloq qeyd edib ki, valideynlər övladlarını ədalətli, müqayisəsiz böyütməlidirlər:

"Dırnaq yemə 3-4 yaşlarında başlayıb, yeniyetməlik dövrünə qədər davam edə bilən, bir növ davranış pozğunluğudur. Bəzən yetkinlik dönəmində də dırnaq yeyən insanlara rast gələ bilərik. Belə adamlar daim stress, basqı altında yaşayır. Xüsusilə də sözügedən davranış yeniyetmələrdə qorxu, həyəcan keçirdikləri durumlarda daha çox müşahidə olunur. 

Uşaqlarda adətən psixoloji travmalar, mükəmməl şəxsiyyət quruluşu, ailə təzyiqi, xəyal qırıqlığı və səbirsizlik kimi vəziyyətlərdə görülə bilər. 

Bundan başqa, ailənin hər hansı üzvü dırnaq yeyirsə, uşaq da həmin davranışı təqlid edir. Azyaşlı və yeniyetmələrdə dırnaq ətrafındakı dərini dişləmək, dırnaqları çəkmək və yolmaq kimi hərəkətlərlə tez-tez qarşılaşma ehtimalımız var. Nəticədə ağız infeksiyaları və bəzi xəstəliklərə səbəb olur. 

Belə bir vəziyyətlə üzləşdikdə mütləq uzman dəstəyi alınmalıdır. Həmçinin valideynlər də mütəxəssislərlə paralel işləməlidir.

Ona dırnağını yediyi üçün əsəbiləşmək uşağın diqqətini daha da bu davranışlara yönəldər. Eyni zamanda dırnaqlara boya çəkmək ən çox istifadə olunan üsuldur. Lakin problemi birdəfəlik həll edən çıxış yolu deyil".    \\Şərq.az

 
1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR