Saat:21:14
Haqqımızda

Diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

2024-05-04 19:20:44

Diri-diri basdırılan qadın 12 saat sonra sağ tapıldı - FOTO

ABŞ-da Vaşinqton ştatından olan kişi həyat yoldaşını döyərək diri-diri basdırmağa cəhd etdiyinə görə məhkum edilib. O, bu hərəkətini narkotikin təsiri ilə əlaqələndirib.

Hurriyyet.Az sfera.az-a istinadən bildirir ki, 2022-ci ildə 54 yaşlı Çae Kyung An həyat yoldaşı Yeon Ana vəhşicəsinə diri-diri basdırdığı üçün həbs edilib. Kişi onu döyüb və bıçaqlayıb. Daha sonra yapışqan lentlə bağlayaraq, maşına mindirib meşəyə aparıb.  Xoşbəxtlikdən meşəyə aparmazdan əvvəl qadın ağıllı saatından istifadə edərək polisə zəng edə bilib. Ər qadını dayaz bir çuxurda basdırıb və oradan uzaqlaşıb. Qadın 12 saat yerin altında sağ qalıb və təkbaşına çölə çıxa bilib.

Qadın və uşaqları hələ də daimi qorxu içində yaşayırlar.

Ahn mart ayında adam öldürməyə cəhddə günahını etiraf edib. Vəkili onun travma sonrası stress pozğunluğundan əziyyət çəkdiyini və davranışına təsir edən həddən artıq narkotik həb qəbul etdiyini bildirib. Təqsirləndirilən şəxs özü əlavə edib ki, hər səhər peşmançılıq hissi ilə oyanır. Hücum zamanı Çae evsiz, dostlarından və ailəsindən təcrid olunmuş vəziyyətdə olub. 

Məhkəmə iclasında zərərçəkmiş bildirib ki, o və uşaqları hələ də daim qorxu içində yaşayırlar. O, aldığı ömürlük fiziki və psixoloji travmaya həyat yoldaşının səbəb olduğunu da qeyd edib.

Bu həftə məhkəmə kişini 13 il müddətinə azadlıqdan məhrum edib, həyat yoldaşı və uşaqlarına yaxınlaşmağı qadağan edib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.215036