Saat:15:39
Haqqımızda

Direktora rüşvət verən müəllimlər DİNDİRİLİR - ARAŞDIRMA BAŞLADI

2022-01-28 15:05:00

Direktora rüşvət verən müəllimlər DİNDİRİLİR - ARAŞDIRMA BAŞLADI

Hurriyyet.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə məlumat yayılandan sonra Ağstafa rayon Prokurorluğu dərhal Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədovanın əməllərini araşdırmağa başlayıb.  

Belə ki, direktordan şikayətçi olan 6 müəllim Prokurorluğa dəvət olunub. Onların izahatı alınıb. Şikayətçi müəllimələr direktora rüşvət verdiklərini etiraf ediblər.

Əldə etdiyimiz digər məlumata görə isə, sözügedən orta məktəbin direktoru M.Məmmədova artıq işə çıxmır. Onun xəstə olduğu üçün işə çıxmadığı bildirilir. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR