“Direktor Qismət İbrahimov bütün iş yerlərini satır” - İmişli sakini Qızılkənd məktəbinin direktorundan şikayətçidir

2023-09-12 14:26:40

“Direktor Qismət İbrahimov bütün iş yerlərini satır” - İmişli sakini Qızılkənd məktəbinin direktorundan şikayətçidir

İmişli rayonu, Qızılkənd sakini Əliyev Elməddin Şahədət oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Qızılkənd kəndi, Habil Hüseynov adına tam orta məktəbin direktoru İbrahimov Qismət Baxış oğlu şəhid qohumu olmağından istifadə edərək, məktəbdə özbaşınalıqlar edir:

"Mən, Əliyev Elməddin Şəhadət oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Deməli, Qızılkənd kəndi, Habil Hüseynov adına tam orta məktəbin direktoru İbrahimov Qismət Baxış oğlu Azərbaycan Respulibikası Elm və Təhsil Nazirliyinin, yəni nazir Emin Əmrullayevin verdiyi əmrlərin heç birinə tabe olmur.

Sizdən Qızılkənd sakinləri olaraq xahiş edirik ki, bizə köməklik göstərəsiniz.

Azərbaycan Respubilikasının Prezdenti cənab İlham Əliyevin tikdirdiyi məktəbdə dərs keçilmir, özbaşınalıq baş alıb gedir, Qismət İbrahimov bütün iş yerlərini satır.

Yazıb sizə bildirirəm ki, dəfələrlə Elm və Təhsil Nazirliyinin qaynar xəttinə şikayət və müraciətlərimizi göndərsək də, heç bir tədbir görülmür.

Kimya kabineti, laborant otağı, kompüter otağı məktəb açılandan istifadə olunmayıb. Halbuki, indiyə kimi hamısı hazır olmalı idi.

Mən sizin qəzet vasitəsilə Azərbaycan Respubilkası Elm və Təhsil Nazirliyindən, hörmətli Emin Əmrullayevdən xahiş edirəm ki, bizi bu direktordan xilas edin.

Cənab nazir, şagirdlərdə savadsızlaşma baş alıb gedir, xahiş edirəm müraciətimi cavabsız qoymayın”.

Məsələ ilə bağlı məktəbin direktoru Qismət İbrahimovla əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140495