Saat:12:43
Haqqımızda

Diqqət! Bu əlamətlər varsa.... - Mədə xərçəngi

2022-05-17 23:44:00

Diqqət! Bu əlamətlər varsa.... - Mədə xərçəngi

Mədə xərçəngi dünyada ən çox müşahidə olunan dördüncü xərçəng növüdür. Bu xəstəlikdən qeydə alınan ölümlər sırasında mədə xərçəngi dördüncü yeri tutur.

Siqaret çəkmək, sağlam qidalanmamaq, artıq çəki mədə xərçəngi riskini artırır.

Mədə xərçəngi mədə səthində hüceyrələrin nəzarətsiz böyüməsi və çoxalması nəticəsində yaranır. Bu xəstəlik qadınlarla müqayisədə kişilərdə daha tez yaranır. Birdən-birə çəki itirmək, mədə və qarın ağrısı, iştahsızlıq, ürəkbulanma, qara nəcis, tez toxluq hissi, udma çətinliyi, mədə yanğısı, həzmsizlik, zəiflik və ağız qoxusu mədə xərçənginin əlamətləri sırasındadır.

Lakin bu şikayətlər təkcə mədə xərçəngi deyil, qastrit, mədə xorası, onikibarmaq bağırsaq xorası kimi xəstəliklərin də carçısıdır.

Qədərindən artıq duzlu balıq, ət və turşulu tərəvəzlərdən istifadə etmək mədə xərçəngi riskini artırır.

Bununla yanaşı, kömür, metal və rezin sənayesində çalışanlarda mədə xərçənginə tutulma riski daha yüksəkdir. \\Teleqraf.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR