DİQQƏT! - Şəxsi məlumatlarınız, yazışmalarınız paylaşılıbsa...

2022-08-03 14:30:00

DİQQƏT! - Şəxsi məlumatlarınız, yazışmalarınız paylaşılıbsa...

“Vatsap, şəxsin e-mail ünvanı, sosial media hesablarında yazışmalar, hətta əl yazıları şəxsi həyat sirri kimi qorunur. İstər Konstitutsiyanın 32-ci maddəsi, istərsə də Cinayət məcəlləsinin 155-ci maddəsində bununla bağlı konkret məsuliyyət nəzərdə tutulub”.

Bunu Bakupost.az -a açıqlamasında hüquqşünas Ələsgər Məmmədli deyib.

O, şəxsi məlumatların qanunla qorunduğunu diqqətə çatdırıb:

“Yalnız hadisədə cinayət tərkibi olarsa, hüquq-mühafizə orqanları şəxsi məlumatları toplaya bilər. Lakin bu, yalnız məhkəmə qərarı ilə mümkündür. Məhkəmə qərarı olmadan heç bir qurum nə vatsap yazıları, nə də digər yazışmaları çıxara və yaya bilməz”.

Ə.Məmmədli qeyd edib ki, xaker köməyindən istifadə edərək, şəxsin məlumatlarının əldə olunması, yayılması 2 ilədək həbs cəzasını nəzərdə tutur:

“Xakerlərin, IT mütəxəssislərinin kompüter, telefon və digər texnologiyalara qanunsuz müdaxiləsi Cinayət Məcəlləsi ilə cinayət əməli hesab olunur. Bununla bağlı bir neçə maddə var ki, kiber cinayətkarlığa görə məsuliyyət müəyyən edir. Bunlardan biri də şəxsin icazəsi olmadan onun məlumatlarının qanunsuz yolla əldə olunması, yayılması, yaxud istifadə olunmasıdır. Bu baxımdan kiminsə şəxsi məlumatları paylaşılıbsa, həmin şəxs hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hüquq-mühafizə orqanlarının bununla bağlı kifayət qədər texniki proseduru var. Həmin müdaxilənin haradan, kim tərəfindən olduğu böyük ölçüdə müəyyən oluna, bunu edənlər məsuliyyətə cəlb oluna bilərlər. Bu cinayəti törədənlər iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057683