Saat:16:42
Haqqımızda

Diplomatlar Hindistanı tərk edirlər

2025-04-30 16:19:52

Diplomatlar Hindistanı tərk edirlər

Hurriyyet.az xəbər verir ki, Pakistanın 786 vətəndaşı, o cümlədən 55 diplomat, onların ailə üzvləri, səfirlik əməkdaşları iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda Hindistanı tərk ediblər. Bu addım Nyu-Dehlinin Pakistan vətəndaşlarına verilən vizaları ləğv eləməsi fonunda atılıb. 
Bu barədə RTI agentliyi rəsmi mənbəyə istinadla məlumat verib.
Bununla yanaşı, aprelin 24- dən bəri 1465 nəfər hindistanlı, o cümlədən, 25 nəfər diplomat Pakistanı tərk edib.
Hürr Tərcüman