“Diplomatiyamız yaxşı işləsə, Laçının bu 3 kəndini ermənilərlə məskunlaşdıra bilərik...” - ERMƏNİ SƏRSƏMLİYİ

2022-08-30 10:20:00

“Diplomatiyamız yaxşı işləsə, Laçının bu 3 kəndini ermənilərlə məskunlaşdıra bilərik...” - ERMƏNİ SƏRSƏMLİYİ

"Berdzordan(Laçın-S.L.) çıxan bütün köçkün sakinlər artıq məskunlaşıb. Onların əksəriyyəti Ermənistana köçüb, 4 ailə Qarabağda məskunlaşıb. Hazırda onlar Ermənistanda kirayə mənzillərdə, Qarabağda isə hələ də otellərdə yaşayırlar".

Hurriyyet.az xəbər verir ki, bunu Laçında 30 ildən çox qanunsuz məskunlaşmış hayların keçmiş qanunsuz "mer"i Narek Aleksanyan çərənləyib.

"Qarabağdakı məcburi köçkünlər mənzillərlə təmin ediləcək, mənzillər gələn ayın sonuna kimi istifadəyə veriləcək. Bütün köçkünlərə kompensasiya şəhadətnaməsi veriləcək. Laçın rayonunda 3 yaşayış məntəqəsi yeni dəhlizə düşür. Diplomatiyamız yaxşı işləsə, o zaman bu 3 məntəqəni kökçkün ermənilərlə məskunlaşdırmaq mümkün olacaq"- deyə N.Aleksanyan sayaqlayıb.

Zəruri şərh:

Bu xəbərlə bağlı iki əsas sual meydana çıxır:

Birincisi, öncələr də dediyimiz kimi, Laçında və ya Zabuxda qanunsuz məskunlaşmış haylarhansı əsasla yenidən eyni qaydada Xankəndinə və ya Rusiyanın nəzarətində olan digər məntəqələrə yerləşdirilir.

İkincisi, qondarma "mer" Laçının hansı 3 kəndindən danışır və onlar nəyə görə yeni "dəhliz"ə düşməlidirlər...

moderator.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059515