Saat:23:56
Haqqımızda

Dini Komitə 800 min manata portal açır - "Amin"

2025-07-16 19:44:35

Dini Komitə 800 min manata portal açır -

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi (DQİDK) "Best Solutions” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

Hurriyyet.Az xəbər verir, Qaynarinfo-nun məlumatına görə, müqavilədə "Amin” portalının yaradılması nəzərdə tutulur. 

Satınalma müqaviləsinin maliyyə dəyəri  802 860,2 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. 

"Best Solution” MMC 21 yanvar 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Jana Krimpedir. "Best Solution” MMC "ASAN İmza” xidmətinin təminatçısıdır.