Saat:07:24
Haqqımızda

"Dinc əhaliyə qarşı terror mənfur və alçaq hadisədir, sərt qınanılmalıdır!" - NATİQ CƏFƏRLİ

2024-03-25 12:31:15

"Bu hadisədə ən çox ziyan Putinə dəyir, hələ heç inaqurasiya mərasimini də etməyib, seçkidən həmən sonra bu hadisə ziyandır"

"Moskvadakı hadisədə dəhşətli faciədir, terror alçaq əməldir, günahsız insanların qətli vəhşilikdir. İndi hamı klassik sual olan "kim edib" ətrafında öz fikirlərini bölüşür, əslində maraqlı suallar "kimə sərf edir" və ya "məqsəd nə idi" olmalıdır". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq qeyd edib ki, indiki dünyada bu tipli alçaq aksiyaları həyata keçirən çoxsaylı peşəkar qruplar, dəstələr var: "Bəzən hətta özləri də bilmirlər ki, əslində kimə çalışırlar, sadəcə, muzdlu icraçıdırlar. Putinə bu hadisə sərf edirmi? Düşünmürəm, əksinə, ən çox ziyan ona dəyir, hələ heç inaqurasiya mərasimini də etməyib, seçkidən həmən sonra bu hadisə ziyandır. Kremlin müxtəlif "qüllələri" edə bilərmi? Ola bilər, inaqurasiyadan sonra Putin hökumətin tərkibini dəyişəcəyi, hətta "güc nazirlikləri" ilə bağlı qərarlar verəcəyi söylənilirdi. Qərbə sərf edirmi? Ola bilər, amma bu addımla nəyə nail olacaqdılar ki?! Putin zəifləyəcəkmi, Rusiya cəmiyyəti ayağamı qalxacaq? Düşünmürəm, əksinə, Kreml bu hadisədən daxili təmərküzləşmə üçün istifadə edəcək".

Natiq Cəfərli hesab edir ki, sözügedən hadisə Ukraynaya sərf etsə də, əks effekt verə, Kreml daha dağıdıcı zərbələr vura bilər: "Məncə, Ukrayna indi ən azı XİN səviyyəsində Rusiya xalqına başsağlığı versə, udar. Ümumiyyətlə, Ukrayna təbliğatının ən zəif və özlərinə böyük ziyan vuran tərəfi o oldu ki, tək Kremli, Rusiya hakimiyyətini deyil də, cadə camaatı, xalqı hədəf alıb aşağıladılar, Rusiyada 30 mln. vətəndaşın Ukrayna ilə qohumluq əlaqələrinin olduğunu, 10 mln. nəfərə yaxın etnik ukraynalıların yaşadığını nəzərə alıb ictimai rəyə müsbət təsir etməyə çalışmadılar. Bütün xalqı suçladılar, bu Ukrayna hakimiyyətinin son illərdə çoxsaylı səhvlərindən biri oldu".

Politoloq sonda əlavə edib ki, dünyanın harasında olursa-olsun kimlərə qarşı, kimlərin etdiyindən asılı olmayaraq dinc əhaliyə qarşı terror mənfur və alçaq hadisədir, sərt qınanılmalıdır!

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.158511