DİN ZƏRDAB SAKİNİNİN ŞİKAYƏTİNƏ REAKSİYA VERDİ – “Mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilib”

2023-02-13 19:07:00

DİN ZƏRDAB SAKİNİNİN ŞİKAYƏTİNƏ REAKSİYA VERDİ – “Mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilib”

Hurriyyet.az saytından dərc olunan “Ulu öndərin mənə verdiyi vəsiqəni paketə qoyaraq ilham Əliyevə göndərdim” sərlövhəli yazıda Zərdab rayonu, Gəlmə kənd sakini Hüseyn İsmayılovun səsləndirdiyi iddialara Daxili İşlər Nazirliyi tərəfindən reaksiya verilib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Hurriyyet.az-a bildirib ki, Hüseyn İsmayılovun əmək istismarına məruz qalması və onun polis orqanlarına etdiyi müraciətin düzgün araşdırılmaması ilə bağlı iddialar araşdırılıb:

“Vətəndaş H.İsmayılov 2019-cu ildə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, bir müddət Ukrayna Respublikasında həmyerlisi A.Quliyevə məxsus restoranda aşpaz işlədiyini, lakin ona əmək haqqının ödənilmədiyi barədə məlumat verib.

İstintaqla əmək haqqının bir qisminin bank köçürməsi vasitəsilə H.İsmayılovun ailəsinə çatdırıldığı, şikayətçinin tələbinin əmək haqqının qalan hissəsinin ödənilməsi ilə bağlı olduğu müəyyən edilib.

Mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib və müraciət müəllifinə məhkəməyə müraciət etmək hüququnun olması izah olunub.

Müraciət müəllifinin dəfələrlə etdiyi eyni məzmunlu müraciətlərlə bağlı araşdırmalar aparılaraq nəticəsi barədə ona məlumat verilib. Sonuncu dəfə etdiyi müraciətlə əlaqədar 7 aprel 2022-ci il tarixdə Baş İdarənin rəisi tərəfindən qəbul edilib, mübahisənin mülki xarakterli olması bir daha ona izah olunub”.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.229731