DİN yanında İctimai Şura jurnalistə hücum edilməsi ilə bağlı Vilayət Eyvazova müraciət etdi

2022-05-10 17:05:00

DİN yanında İctimai Şura jurnalistə hücum edilməsi ilə bağlı Vilayət Eyvazova müraciət etdi

Xəbər verdiyimiz kimi Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib. Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hürriyyət.az xəbər verir ki, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazova müraciət ünvanlayıb:

"Hörmətli, cənab nazir!

2022-ci il mayın 8-də axşam saatlarında yaşadığı binanın liftində jurnalist Aytən Məmmədovaya bıçaqla hücum edilməsi dərin narahatlıq yaradır. Jurnalist Aytən Məmmədova mediaya verdiyi məlumatda bildirir ki, yaşadığı binanın blokunda liftə minərkən naməlum şəxs onun ardınca liftə daxil olub və üzərinə bıçaq çəkib. Həmin şəxs Aytən Məmmədovanın boğazına bıçaq çəkərək hədələyib, “ağıllı olmağı” bildirib və qızı ilə təhdid edib.

Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verən hadisədən dərin narahatlıq keçirir, jurnalistin təzyiq və təhdidlə üzləşməsini yolverilməz hesab edir.

İctimai Şura Daxili İşlər Nazirliyinin Aytən Məmmədovaya qarşı hücum hadisəsi ilə bağlı dərhal reaksiya verərək, ilkin araşdırmaya başlamasını Nazirliyin məsələyə xüsusi həssaslıqla yanaşmasının təzahüri kimi qiymətləndirərək həmin şəxsin tezliklə tapılıb məsuliyyətə cəlb edilməsi üçün bundan sonra da bütün mümkün addımların atılmasının vacibliyini qeyd edir.

İctimai Şura bu məsləni daim diqqətə saxlamaqla və öz səlahiyyətləri daxilində obyektiv və hərtərəfli araşdırma aparılması, ictimaiyyətin məlumatlandırılması üçün səy göstərəcəkdir".

YƏHYA

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya