Saat:10:20
Haqqımızda

DİN rəhbəri Baş nazirə hücumdan danışıb: "Ölkə vətəndaş müharibəsi astanasındadır"

2024-05-16 13:33:54

DİN rəhbəri Baş nazirə hücumdan danışıb:

Hurriyyet.az xəbər verir ki, Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok ölkənin Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi barəsində açıqlama verib, hücumun siyasi motivlərlə edildiyini bildirib.
Nazir Slovakiyanın vətəndaş müharibəsi astanasında olduğunu söyləyib.
Bəlli olduğu kimi, Slokaviyanın Baş naziri Robert Fitso  mayın 15-də, Qandlova şəhərində, hökumət iclasının keçirildiyi binanın qarşısında, 71 yaşlı yazıçı Yuray Çintulan tərəfindən güllələnib.  Müxalifət partiyasının tərəfdarı olan Çintulan saxlanıldığı zaman Baş naziri "hökumətin siyasəti ilə razılaşmadığı üçün" vurduğunu deyib.
Baş nazir yaralı halda xəstəxanaya çatdırılıb, müalicə edilir.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.250209