DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru tərəfindən TƏKZİB MƏKTUBU

2022-12-08 19:01:00

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru tərəfindən TƏKZİB MƏKTUBU

İmişli rayonu Allahmədətli kənd sakini Eldost Çərkəzovun İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində baş verən hadisələrə laqeyd yanaşılması barədə qeyd etdiyi iddialar həqiqəti əks etdirmir.

Belə ki, E.Çərkəzov 2022-ci ilin müxtəlif vaxtlarında İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı kəndin ərazisində olan otlaq sahəsinə iribuynuzlu heyvanlarını ötürməsini və ümumilikdə 4 baş iri buynuzlu heyvanının itməsi barədə məlumat verib. Daxil olan müraciətlə bağlı dərhal araşdırmalara başlanılıb, polis əməkdaşları tərəfindən kəndin otlaq sahəsinə baxış keçirilib.

Aparılan araşdırmalar zamanı daxil olan müraciətdə göstərilən xüsusat üzrə cinayət hadisəsinin olması öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib və nəticəsi barədə zərərçəkənə məktub ünvanlanıb. E.Çərkəzova məxsus iri buynuzlu heyvanın tapılması istiqamətində isə axtarışlar davam etdirilir.

Bundan əlavə, iddiaçının RPŞ-nin rəhbərliyinin tərəfindən qəbul edilməməsi ilə bağlı qeyd etdiyi iddialar da həqiqətdən uzaqdır. Belə ki,  E.Çərkəzov bundan əvvəl də şöbə rəhbərliyinin qəbulun da olub, sonuncu dəfə isə bugün səhər saatlarında şöbə rəhbərliyi tərəfindən qəbul edilib, onu narahat edən problemlər dinlənilib və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

 

Nizam Həmidov
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı

Hurriyyet.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.175251