DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov:

2022-08-02 19:12:00

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov:

Hürriyyət.az saytında  Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi və DİN-in Gəncə regional Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşları barədə iddialar əsassızdır. 

Həmin yazı ilə əlaqədar bildirmək istəyirəm ki, yol polisi əməkdaşları Gəncə şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq müvafiq tədbirlər görür. Bu tədbirlərə sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarəsi, avtomobilə qanunsuz olaraq konstruksiya dəyişikliyi, yüksək sürət və qanun pozuntularına mübarizə daxildir. Görülən bu profilaktiki və monitorinq tədbirləri mütəmadi olaraq mətbuata da verilərək əhaliyə məlumat verilir. Ancaq bu məlumatlar bəzi jurnalistlərdən tərəfindən diqqətə alınmır. 

İstənilən vaxt mətbuat nümayəndələrinə görülən işlər barəsində informasiya vermək həmçinin mətbuat nümayəndələrinin iştirakı ilə monitorinq keçirməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063500