DİN “HÜRRİYYƏT”İN YAZDIQLARINI İNKAR EDİR, AMMA… - Gəncə DYP-də qanun pozuntusu pik həddədir

2022-06-22 13:01:00

DİN “HÜRRİYYƏT”İN YAZDIQLARINI İNKAR EDİR, AMMA… - Gəncə DYP-də qanun pozuntusu pik həddədir

Dünən - 21.06.2022- ci ildə Hurriyyet.az-da dərc olunan “Gəncə şəhərində avtoxuliqanlara cəza tədbiri görülmür” adlı yazıya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun Baş inspektoru Eşqin Qasımov tərəfindən reaksiya verildi.  O, Hürriyyət.az-a bildirdi ki, Gəncə Şəhər Dövlət Yol Polis Şöbəsinin İmtahan və Texniki Baxış Şöbəsi barədə yazılanlar həqiqətə uyğun deyil.

Lakin Eşqin Qasımovun açıqlaması həqiqəti özündə əks etdirmir. Qeyd edək ki, Gəncə Şəhər Dövlət Yol Polis İdarəsinin İmtahan və Texniki Baxış şöbəsində qanun pozuntusu pik həddədir.

Belə ki, Gəncə DYP şöbəsində İmtahan və Texniki Baxış Şöbəsindən sürücülük vəsiqəsi alan şəxslər Baş Yol Polis İdarəsinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə yenidən imtahan edilsə, aydın olar ki, onların imtahan nəticələri aşağı səviyyədədir.

Nazirliyin açıqlamasında bildirilir  ki, 20-EX-074, 20-CP- 019 avtomobillər müəyyən miqdarda cərimə olunublar. Adı çəkilən avtomobillərin 21.06.2022-ci il tarixli yazımızda qeyd olunlarla heç bir aidiyyəti yoxdur. Mətbuat xidmətindən “Hürriyyətə” göndərilən fotoşəkillərlə bizim dərc etdiklərimiz üst-üstə düşmür, tamamilə fərqlidir.

Təəssüf ki, Gəncədə avtoxuliqanlara qarşı “aparılan tədbirlər” sadəcə gözdən pərdə asmaq üçündür.

Üstəlik, bir daha qeyd edək ki, Gəncə DYP-in İmtahan və Texniki Baxış şöbəsində qanunsuz pul tələbləri hər zaman vardır, sürücülük vəsiqəsi, texniki baxış, maşınların qeydiyyatı üçün alınan rüsum qanunda tutulandan ən azı iki dəfə çox alınır.

Mövzuya qayıdacağıq.

AZƏR

Gəncə müxbiri


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya