DİN Göyçay rayon Dövlət Yol Polisi Şöbəsi ilə bağlı məlumatı TƏKZİB ETDİ

2022-12-23 16:57:00

DİN Göyçay rayon Dövlət Yol Polisi Şöbəsi ilə bağlı məlumatı TƏKZİB ETDİ

Göyçay rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi gobud şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan sürücülər haqqında cəza tədbiri görmürlər.

Belə ki, Göyçay şəhərində, "Qarabağ Qazisi" adı altında avtoxuliqanlıq edən vəzifəli şəxslərin övladları, həmcinin dövlət orqanında işləyən şəxslər, habelə qazi olanlar var.

Adı çəkilən avtoxuliqanlar bir çoxu “sovet maşınları”nın qabaqlarını qaldıraraq, arxa hissələrinin "purjun”larını kəsirlər, səsgücləndirici siqinallardan istifadə edərək, şəhər əhalisinin ictimai-asayişini pozurlar.

Ölkənin böyük şəhərlərində həmçinin rayonlarında, hər bir yanında - dayanacaqlarda, qovşaqlarda, işıqforlarda, piyada keçidlərinin hər bir tərəfində kameralar olduğu halda, avtoxuliqanların cəzasız qalması sual altındadır.

Sürücülər tərəfindən digər narazılıq İmtahan-Qeydiyyat Şöbəsi "Mero" deyilən polis şöbəsinin qanunsuz fəaliyyətindəndir.

Adı çəkilən dövlət orqanı, sürücülük vəsiqəsini imtahan nəticələri aşağı olduğu halda əldə edən şəxslərin olduğu söylənilir. Son zamanlar sürücülük vəsiqəsi verilən şəxslərin yenidən imtahan götürülməsi yazılanları sübut edər.

Belə olan halda Göyçay rayon Yol polis şöbəsinin əməkdaşları, reydlər zamanı, sürücülük qaydalarını pozan sürücülərdən bir neçə yol qaydaları haqqında sual versələr ki, yol nişanları nəyi işarə edir, və ya digər sürücülük imtahanına düşən suallardan vətəndaşlardan izahını alsalar, o zaman aydın olar ki, imtahanları məğbur olan sürücülər var.

Göyçay rayon ərazisində çəkilən avtoxuliqanların maşınlarının fotoşəkillərini sübut üçün təqdim edirik: 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov isə bildirib ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının guya xidməti vəzifələrini layiqincə yerinə yetirməmələri barədə iddilar qərəzlidir və həqiqətdən kənardır.

Belə ki, rayon ərazisində yol-hərəkəti qaydaları pozan, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan, eləcə də avtoxuliqanlıq edən sürücülərə qarşı mütəmadi olaraq mübarizə aparılır. Həmin sürücülər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür və görülən işlərlə bağlı kütləvi informasiya vasitələrində də vaxtaşırı məlumatlar paylaşılır.

Guya sübut kimi təqdim edilən nəqliyyat vasitələrinin fotoları isə ümumiyyətlə Göyçayda lentə alınmayıb.

AZƏR

Gəncə müxbiri


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.171057