DİN-dən Hurriyyet.az-ın yazısına REAKSİYA

2022-06-21 20:12:00

DİN-dən Hurriyyet.az-ın yazısına REAKSİYA

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun  baş inspektoru Eşqin Qasımov: "Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi və Gəncə regional Qeydiyyat,  İmtahan və Texniki Baxış Şöbəsi barədə səsləndirilən iddialar həqiqətə uyğun deyil. İlk növbədə qeyd edim ki respublikanın digər şəhər  və rayonlarında olduğu kimi Gəncə şəhərində də yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Gəncə ŞBPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq həm profilaktiki həm də monitorinq xarakterli tədbirlər keçirilir. Bu tədbirlər zamanı sosial statusundan və ya kimliyindən asılı olmayaraq Yol Hərəkəti qaydalarını pozan hər bir şəxs məsuliyyətə cəlb olunur. Elə yazı də dərc olunan şəkillərdəki avtomobillər barəsində də inzibati qaydada tədbir görülüb və bu tədbirlər mütəmadi olaraq mətbuata verilib. Belə ki yazıdakı  20-EX-074 dövlət qeydiyyat nömrəli avtomobilə 5 dəfə - sonuncu olaraq cari ilin may ayında protokol tərtib olunaraq 150 manat miqdarında cərimə olunub. Digər avtomobil 20-CP-019 dövlət qeydiyyat nömrəli avtomobil isə avtoxuliqanlıq etdiyi  üçün cari ilin fevral ayında barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 500 manat miqdarında cərimə edilib. 20-EC-597 dövlət qeydiyyat nömrəli avtomobili də saytınızda dərc olunaraq barəsində təbdir görülmədiyi iddia edilib. Bildirmək istəyirəm ki şəhər sakininə məxsus həmin avtomobil barəsində də dəfələrlə tədbir görülüb ki həmin təbdirdən biri də iyun ayının 18-də baş tutub. Düzdür monitorinq zamanı qayda pozan sürücülər arasında Vətən Müharibəsi qazisi və iştirakçılarına da rast gəlinib amma onlarla profilaktiki söhbət aparılıb, bu tip qayda pozuntularının yol verilməz olduğu diqqətə çatdırılıb. Qeyd etmək lazımdır ki təkcə cari ilin 6 ayında polis əməkdaşları tərəfindən 17 avtoxuliqanlıq faktı aşkar edilərək həmin sürücülər barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə həmin sürücülər sürücülük hüququndan məhrum edilməklə müxtəlif müddətdə inzibati qaydada həbs edilib. Görülən tədbirlər nəticəsində 300-ə yaxın konstruksiya dəyişikliyi, görmənin məhdudlaşdırılması və s.  digər qayda pozuntuları aşkar edilərək qanunamüvafiq tədbir görülüb".

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya