Saat:11:05
Haqqımızda

DİN-dən Binqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə edilən şikayətlə bağlı - Açıqlama

2022-08-18 19:16:00

DİN-dən  Binqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə edilən şikayətlə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi dünən saytımızda yerləşdirilən xəbərlə bağlı açıqlama verib.

Həmin açıqlamanı təqdim edirik: 

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Hurriyyet.az"a bildirib ki, vətəndaş E.Həsənov təmir sexində avtomobilinin yeni olan hissələrinin ustalar tərəfindən köhnələri ilə əvəz olunması ilə bağlı iyulun 28-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. Məsələ ilə bağlı qarşı tərəf də E.Həsənovun onu ölümlə hədələməsi ilə bağlı həmin polis orqanına rəsmi olaraq müraciət edib.
İşin təfərrüatları nəzərə alınaraq qarşılıqlı müraciətlərə əsasən toplanmış material öyrənilməsi üçün aidiyyəti üzrə Binəqədi Rayon Prokurorluğuna göndərilib.

Qeyd: Qazax rayonu Qarapapaq kənd sakini Etibar Məmməd oğlu Həsənov "Hürriyyət"ə müraciət edərək, şikayətini dilə gətirmiş. O təmirə verdiyi avtomobilini geri götürmək istəyəndə, tam yeni olan hissələrin dəyişdirildiyini görmüş. Şikayət etsə də bunun "ağ yalan" olduğunu bildirmişlər. Əlacsız qalan Etibar Həsənov "102"yə məlumat vermişdir. Polisə ümid bəsləyən şikayətçi təəssüf ki, əks mövqe ilə qarşılaşmışdır. Polis işə baxmamaqla yanaşı, hətta Etibar Həsənovu "şər-böhtançı" adlandırır. 

Daha ətraflı aşağıdakı linkdə görə bilərsiniz:

https://hurriyyet.az/az/post/avtomobilini-ustadan-goturen-musteri-gozlerine-inanmadi---polis-isi-niye-arasdirmir-375816

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR