Saat:00:23
Haqqımızda

DİN: Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır

2025-04-14 23:16:23

DİN: Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır

Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır.

Bu barədə Hurriyyet.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır. Çünki, kimdə smartfon varsa internetə çıxışı var. İnternetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər. Risk qaçılmazdır.

Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”, - E.Hacıyev qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.237718