Saat:11:38
Haqqımızda

Dilarə Əliyeva evə buraxıldı - Dəfndə iştirak edəcək

2023-03-23 09:29:00

Dilarə Əliyeva evə buraxıldı - Dəfndə iştirak edəcək

Martın 22-də qəza nəticəsində ərini itirən, özü isə yüngül xəsarət alan Əməkdar artist Dilarə Əliyeva müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Hurriyyet.az Report-a istinadla xəbər verir ki, bu barədə qardaşı Vüsal Murtuzəliyev məlumat yayıb.

O bildirib ki, D.Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vida və dəfn mərasimində iştirak edə biləcək.

Xatırladaq ki, mərhum bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev vəfat edib.

Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR