Saat:04:30
Haqqımızda

"Diktator yorulub və nə edəcəyini bilmir" - XAQANİ CƏFƏRLİ

2024-02-13 12:00:14

"Həmin xəritələrdən birində indiki Rusiyanın kiçik bir hissəsi istisna olmaqla bütün əraziləri monqol imperiyasının sərhədləri daxilindədir"

"Diktator Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla müsahibədə Ukrayna torpaqlarını Rusiyanın əzəli əraziləri olduğunu "sübut" etmək cəhdinə Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj gözəl cavab verib. Saxiaqiyn Elbeqdorj Monqol İmperiyasının bir neçə xəritəsini paylaşmaqla cavab verib". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, həmin xəritələrdən birində indiki Rusiyanın kiçik bir hissəsi istisna olmaqla bütün əraziləri monqol imperiyasının sərhədləri daxilindədir: "Həmin ərazidəki Rusiya isə Monqol İmperiyasının vassalı olub. Bu xəritə 1471-ci ilə aiddir. Taker Karlsonla müsahibədən aydın görünür ki, diktator yorulub və nə edəcəyini bilmir. Ona görə müsahibənin 30-40 dəqiqəsin Ukrayna torpaqlarının "qədim rus torpaqları" olmasına həsr edib. Diktator elə bilir ki, başqa xalqların istinad edəcək tarix mövcud deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207758