"Dialoqun ikitərəfli əsasda təşkili Azərbaycanın maraqlarına daha uyğun formatdır" - ŞAHİN CƏFƏRLİ

2023-03-02 11:45:00

"Rusiya Bakı-Xankəndi müstəvisindəki vasitəçiliyi özü təşkil edərək bu prosesdə inhisarçı rolunu təmin etməyə çalışır"

"Bakı ilə Qarabağ erməniləri arasında Rusiyanın vasitəçiliyi ilə dialoq aparılır. Rusiya Azərbaycan-Ermənistan müstəvisində ipin ucunu əlindən qaçıraraq Avropa Birliyi missiyasının bölgəyə yerləşməsi kimi bir geopolitik şokla üzləşdiyi üçün Bakı-Xankəndi müstəvisindəki vasitəçiliyi özü təşkil edərək bu prosesdə inhisarçı rolunu təmin etməyə çalışır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçi hesab edir ki, danışıqların nəticəsində Qarabağda qanunsuz istismar edilən yataqlarda Azərbaycanın monitorinqlər həyata keçirməsi, eləcə də Laçın yolunda yüklərin yoxlanılması üçün skaner quraşdırılması (Azərbaycan sərhədçilərinin iştirakı olmadan) razılaşdırıla bilər: "Amma dialoq doğru üsul olsa da, ümumilikdə prosesin Rusiyanın nəzarətində qalması uzunmüddətli həll baxımından məqsədəuyğun deyil".

Şahin Cəfərlinin sözlərinə görə, dialoqun ikitərəfli əsasda təşkili Azərbaycanın maraqlarına daha uyğun formatdır: "Yeri gəlmişkən, bu təmaslar Ruben Vardanyanı səhnə arxasına çəkən gücün Rusiya olduğu rəyini də gücləndirir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.418898