"Deyirlər ki, o qanun Azərbaycana aiddir, Naxçıvana yox"

2023-09-05 11:06:28

Muxtar Resıpublikanın sakinləri taksi fəaliyyəti ilə məşğul olmalarına qadağa qoyulmasından şikayətçidirlər

Naxçıvan şəhər sakini İbrahimov Rəhman Yasin oğlu tərəfindən "Hürriyyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Naxçıvandakı taksi xidmətlərinin bərpa olunmamasından narazıdır:

"Mən, İbrahimov Rəhman Yasin oğlu, sizdən xahiş edirəm ki, bizim problemimiz işıqlandırın.

Deməli, Naxçvanda 5-6 aydır ki, taksi işiylə bağlı hara müraciət ediriksə, şikayətimiz gözə görünmür. Son vaxtlarda qanun çıxardıblar ki, taksi işləmək üçün təlim keçilməlidir. Deyirlər ki, daha sonra lisenziya alıb, vergi ödəyib fəaliyyət göstərə bilərsiniz.

Mən də bir Azərbaycan vətəndaşı kimi dərhal Naxçıvan Nəqliyyat Nazirliyinə getdim və onlardan mənə yol göstərmələrini xahiş etdim.  Mənə çox qəribə və məntiqə uyğun olmayan bir cavab verdilər: "O qanun Azərbaycana aiddir, Naxçıvana yox".

Mən mətbuat vasitəsilə sual verirəm, hörmətli cənablar, Naxçıvan hansı dövlətə aiddir?

Məni bu yazıdan sonra tutsalar da, döysələr də bu açıqlamanı verməyə məcburam. İşsizəm, uşağıma aliment verə bilmirəm, çarəsizəm, başa düşün məni. Aidiyyəti orqanlara yazılı müraciət edirəm, səs çıxmır. Mən də fikirləşdim ki, biz problemi ictimailəşdirsək, bəlkə görüb, bu özbaşınalığa son qoyan tapılar".

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.147803