Saat:04:13
Haqqımızda

“DƏYƏRLƏRİMİZƏ SAHİB ÇIXAQ!” - Gənclər təşkilatı eyniadlı layihənin icrasına başladı - FOTOLAR

2023-02-04 20:34:00

“DƏYƏRLƏRİMİZƏ SAHİB ÇIXAQ!” - Gənclər təşkilatı eyniadlı layihənin icrasına başladı - FOTOLAR

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi ilə “Dəyərlərimizə sahib çıxaq” adlı layihənin icrasına başlayıb.

Hurriyyet.az xəbər verir ki, ilk tədbir 03 fevral 2023 -cü il tarixində Ağsu rayonunun 3 saylı tam orta məktəbində həyata keçirilib. Tədbirdə rayon gənclərinin nümayəndələri, məktəblərin yuxarı sinif şagirdləri və rayon ziyalıları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Ağsu rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Umud Cavid açaraq iştirakçıları salamlayıb və tədbirin məqsədi haqqında məlumat verib.

Layihənin təlimçisi, tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova mövzu haqqında geniş məruzə ilə çıxış edib. O, xalqımızın özünə məxsus yüksək dəyərlərinin son zamanlar az qala unudulduğunu qeyd edib. Onun sözlərinə görə, əsasən də gənc nəsil xalqımızın 1000 illər boyunca formalaşmış  mənəvi, əxlaqı dəyərlərimizə yad olan ənənələrə meyl edirlər.

Ağsu şəhər 1 saylı məktəbin direktoru Sənan Nemətov, 3 saylı məktəbin direktoru Leyla Rüstəmova öz çıxışlarında gənclərə dəyərlərimizə hörmətlə yanaşmalarını tövsiyə ediblər. Onlar bildiriblər ki, xalqımızın özünəməxsus dəyərlər vardır. Ailəyə sədaqət, mərdlik, köməksizlərə dayaq, qonaqpərvərlik, ağsaqqallara, özündən böyüklərə ehtiram, vətənə, milli kökə bağlılıq, dostluğa sədaqət, düzlüyə aparan inam, abır-həya, ismətin qorunması və s.

Tədbirdə gənclərə milli kimliyimizi, dəyərlərimizi dərindən öyrənmək və onları gələcək nəsillərə çatdırmaq tövsiyə olunub.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.213191