Saat:07:43
Haqqımızda

"Dərmanların tərkibinə müdaxilə etmək..." (AÇIQLAMA)

2024-05-06 17:04:36

"Dərman maddələrinin adının, yəni tərkib hissəsinin reseptlərə yazılması praktikası əslində neqativ halların qarşısını almağa yönəlib".

Hurriyyet.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla reseptlərdə dərmanın adının deyil, tərkibinin yazılması qaydasına əməl olunmasına dair aparılacaq yoxlamalardan danışarkən deyib. 

Adil Qeybulla apteklərdə də sui-istifadə hallarının olduğunu bildirib:

"Xəstələrə müxtəlif firmaların dərmanları təklif edilə bilir. Bir yerdə neqativlik kəsilir, başqa bir hissədə, yəni satış prosesinin digər hissəsində əvvəlki neqativ halların təkrar olunma şansı yaranır. Hesab edirəm ki, bu çıxış yolu deyil. Eyni tərkib üzrə ölkəyə daxil olan dərman maddələrinin sayını məhdudlaşdırmaq lazımdır. Hər hansı bir şirkət ölkəyə dərman idxal edir və onlar dərmanlarının satışında maraqlıdırlar. Bu təbii bir prosesdir". 

Adil Qeybulla hesab edir ki, həkimin güvəndiyi, istifadə etdiyi dərman preparatları klinik  protokollara uyğun olmalıdır:

"Klinik protokolların tətbiqinə çalışmaq lazımdır ki, bunların çoxu Dünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiq olunub və artıq bunlar elektron sistemdə mövcuddur. Biz də əsas prinsipial olaraq bu istiqamətdə müalicələr təyin etməliyik. Çıxış yolu bundan ibarətdir". 

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, reseptlərdə dərman adının deyil, tərkib hissələrinin yazılması ilə bağlı qaydaya əməl olunmasına dair özəl klinikalarda və apteklərdə aparılan plan üzrə və plandankənar yoxlamalar zamanı nəzarət həyat keçirilirəcək. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202637