Saat:19:33
Haqqımızda

Dərmanların qiyməti süni şəkildə qaldırılır - Millət vəkili

2022-08-10 10:07:00

Dərmanların qiyməti süni şəkildə qaldırılır - Millət vəkili

Son vaxtlar dərmanların qiymətində kəskin artım müşahidə olunur. Tələbatın yüksək olduğu dərman pereparatları ya tapılmır, ya da olduqca baha qiymətə satılır. Dərmanların qiyməti çeşidindən asılı olaraq, orta hesabla 10-15 % civarında bahalaşıb. Məlumata görə, "Medoklav" dərmanın qiyməti 46 faiz artaraq 72 manata yüksəlib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı Bakupost.az-a açıqlamasında deyib ki, Azərbaycanda dərmanların, tibbi avadanlıqların qiymətinin baha olmasının əsas səbəbi sözügedən sahənin idxaldan asılı olmasıdır:

“Azərbaycanda əczaçılıq sənayesi çox zəifdir. Hətta deyərdim ki, ibtidai formadadır. Ona görə də bütün dərmanlar Azərbaycana xaricdən daxil olur. Yerli istehsalla bağlı cəhdlər də effektsiz olub. Dünyada ən inkişaf etmiş ölkələrdə belə təkcə dərmanların yox, hər şeyin qiyməti çox qalxıb. Azərbaycana da dərman və tibb avadanlıqları xaricdən gətirildiyinə görə qiymətlər artıb”.

Millət vəkili hesab edir ki, dərmanların bahalaşmasının digər səbəbi Rusiya-Ukrayna müharibəsidir:

“Bildiyiniz kimi, Rusiyadan ölkəyə gətirilən dərman pereparatları çoxluq təşkil edirdi. Müharibə ilə əlaqədar Rusiyada dərman istehsalında ciddi problemlər yaranıb. Bu ölkədən Azərbayacana dərman idxalı xeyli azalıb. Əlbəttə ki, idxaldan asılı olan Azərbaycan bu proseslərdən kənarda qala bilməzdi deyə dərmanların qiyməti bahalaşır. Bütün bunlardan nəticə çıxararaq istehsala başlamaq lazımdır”.

M.İbrahimqızı süni qiymət artımına da diqqət çəkib:

“Düşünürəm ki, dərmanların qiymətini süni şəkildə qaldıran möhtəkirlər də az deyil. Onlar indiki məqamdan sui-istifadə edərək qiyməti artırırlar. Kimlərinsə dəstəyilə açıqlan apteklərdə süni qiymət artımı halları da var. Müvafiq qurumlar dərmanların qiymətinə nəzarəti gücləndirməlidir. Möhtəkirlərə qarşı tədbirlər görülməlidir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR