Dərbəndin yeni başçısı azərbaycanlı oldu (FOTO)
2025-04-30 23:52:06
Azərbaycanəsilli Xanlar Paşabəyov Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərinin meri təyin edilib.
Hurriyyet.az "Kommersant" qəzetinə istinadla xəbər verir ki, X.Paşabəyov daha əvvəl Dağıstanın ədliyyə naziri olub.
O bu vəzifədə 2022-ci ildən çalışıb.
Qeyd edək ki, aprelin 30-da Əhməd Quliyev öz istəyi ilə Dərbəndin meri vəzifəsindən istefa verib.

