Saat:00:32
Haqqımızda

Dərbənddən olan şəhidimiz – “Başqa dövlətin bayrağına salam vermək istəmədi"

2023-09-21 13:39:59

Dərbənddən olan şəhidimiz – “Başqa dövlətin bayrağına salam vermək istəmədi

“Uzun müddət Azərbaycan vətəndaşlığı üçün çalışdı və nəhayət, şəhadətindən əvvəl ala bildi”

Hurriyyet.az xəbər verir ki, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov “Feysbuk” səhifəsindəki paylaşmasında yazıb: “Sizə sonuncu şəhidlərimizdən biri haqqında yazım. Adı Əliyev Vəliyulla Elman oğlu. Dərbənddə doğulub, böyüyüb, Dərbənd azərbaycanlısıdı. Sonra gəlib Azərbaycana hərbi məktəbi oxuyub, məzun olandan sonra qayıtmayıb, qayıtmaq istəməyib. Məzun olandan sonra qayıtmalı, Rusiya ordusunda xidmət etməli idi. Özü bir dəfə söhbətdə dedi ki, başqa ölkənin bayrağına hərbi salam vermək və qulluq etmək istəməyib. 2020-ci il Vətən Müharibəsində qəhrəmancasına döyüşdü və ağır yaralandı. Sağaldı və kişi kimi xidmətini davam etdi, yenə də ən ağır tapşırıqların icrasında oldu. Uzun müddət Azərbaycan vətəndaşlığı üçün çalışdı və nəhayət şəhadətindən əvvəl ala bildi. İndi onun Azərbaycanda heç bir qohumu və yaxını yoxdu, ailəsi ilə əlaqə yaradıla bilinməyib hələ. Nəşi indi Bərdədədi. Orda, yaxınlıqda kim varsa, Ona hörmətimizi və borcumuzu göstərək. Kim uzaqdadısa, dualarını əsirgəməsin”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.584914