Saat:17:57
Haqqımızda

Dərbənd şəhərində Sasanilər dövrünə (V-VI əsrlər) məxsus möhür tapıldı

2022-07-04 21:22:00

Dərbənd şəhərində Sasanilər dövrünə (V-VI əsrlər) məxsus möhür tapıldı

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, arxeoloqlar Dağıstanın Dərbənd rayonunda Sasanilər dövrünə məxsus möhür aşkar eiblər. Bu barədə məlumatı Dərbənd şəhərinin rəhbəri Rustambek Pirmaqomedov öz “Teleqram” səhifəsində verib. Onun sözlərinə görə, möhür “Qırxlar qapısı” ilə “Carçı qapısı” qala qapıları arasındakı yerdə tapılıb.

Pirmaqomedov yazıb: “Elə indicə, Qırxlar qapısı ilə Carçı qapısı qala qapılarının arasındakı landşaft parkının tikinti sahəsindəki arxeoloji qazıntılar zamanı Dərbənd şahlarının (V-VI əsrlər) Sasani dövrünə məxsus möhürü tapılıb”.

Şəhərin meri bu tapıntının Dərbəndin tarixi irsinin daha bir isbatı olduğunu qeyd edib.

Şəkilin açıqlaması yoxdur.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR