Saat:06:13
Haqqımızda

DEPUTATLARA AYDA 5 MİN MANAT AZLIQ EDİR? - Bir deputat 40 əlil-qazinin müavinəti qədər əməkhaqqı alır

2021-12-04 14:46:00

DEPUTATLARA AYDA 5 MİN MANAT AZLIQ EDİR? - Bir deputat 40 əlil-qazinin müavinəti qədər əməkhaqqı alır

Deputatların vəkillik etdikləri millətdən - xalqdan onlarla dəfə çox əmək haqqı almaları, özəl imtiyaz və güzəştlərə yiyələnmələri daim diskussiyalara nədən olub. Ölkə əhalisinin böyük çoxluğunun gəlirinin  gündəlik çörəkpuluna güclə çatdığı halda deputatların özlərinin “yağ-bal içində üzməsi” nə qədər məntiqli və ədalətlidir?

Təsəvvür edin, Qarabağda canını qoymuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının, yəni 18-20 yaşlı əsgər qazilərin 1-ci, 2-ci və 3-cü dərəcə əlilliyə görə aldıqları sosial müavinətin  (iş stajı toplamağa savaş imkan vermədiyindən əsgər əlillərə əmək pensiyası düşmür (M. B. )  aylıq miqdarı uyğun olaraq 150, 130, 110 manatdır , deputatın aylıq maaşı isə bundan 15-20 , 40-50 dəfə çoxdur! Bu disbalans, təbii ki, ciddi narazılıq doğurur və vaxtaşırı polemikalara , hökümətin sosial – iqtisadi , maliyyə siyasətinin qınağına nədən olur. Elə vaxtaşırı deputatlar özləri də əməkhaqqılarının azlığından gileylənib, sıradan xalqın -seçicilərin şişirtməyə yol verdiklərini vurğulayırlar . Bəs gerçəkdə deputat donluğu - əməkhaqqısı nə qədərdir?

Milli Məclis üzvlərinin maddi təminatı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” 17.05.1996-cı il tarixli 73-lQ saylı  qanunla tənzimlənir. Sözügedən qanunun 21-ci maddəsində deputatın hər ay vəzifə maaşı, vəzifə maaşının bir misli miqdarında əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alması doğrulanıb. Bundan başqa, deputata nümayəndəlik səlahiyyətlərinin yerinə yetirilməsi üçün ildə iki aylıq vəzifə maaşı miqdarında ödəniş , elə bu qədər də məzuniyyət -dincəliş haqqı verilir. İndi , gəlin, sayaq, özgəsi deyil , öz doğma deputatımızın pulunu saymaq nə çətin işdir ki? ! Sözügedən qanunun sözügedən 21-ci maddəsində deputatın vəzifə maaşının məbləğinin Milli Məclis sədrinin vəzifə maaşının – 2475 manat- 70 faizi (1732,5 manat) həcmində müəyyən edilməsi doğrulanıb. Sədrin 1-ci müavini sədrin maaşının  90 faizi (2227,5 manat), müavinləri 85 faizi ( 2103,75 manat) ,  komitə sədrləri 80 faizi (1980 manat ), komitə sədrlərinin müavinləri 75 faizi (1856,25 manat) miqdarında əməkhaqqı alırlar. Vəzifə maaşlarının üstünə bir o qədər və onun yarısı qədər gəlsək, deputatın aylıq pul təminatının 4331,25 manat olmasını bəlirləyə bilərik. 2 aylıq nümayəndəlik və o qədər də  məzuniyyət haqqını  (ildə 6930 manat, ay sayı ilə 577,5 manat ) da saysaq, deputatın aylıq pul təminatının 4908, 25 manat, yəni 5 min manat civarında olmasını dəqiqləşdirə bilərik. Biz hələ telefonpulu və s. bir qazinin 3-5 aylıq müavinəti miqdarında “xırda-mırda” xərcləri demirik. Sədr və müavinlərin, komitə sədrlərinin, onların müavinlərinin aylıq pul təminatı isə 5300-7000 manat arası dəyişir. Azdır? Deputatlar niyə,  eldə deyildiyi kimi, şadlıqlarına şitlik edirlər? Sözdə yox, işdə də milləti, xalqı fikirləşsələr, bir deputatın aylıq  donluğunun 40 qazi - əlilin müavinəti həcmində olmasından utanar, heç olmasa, 110-130,ən çoxu 150 manatlıq dərmanpulunu 300-400 manata qaldırmağı təklif edərdilər. Biz hələ qanpulunu demirik. Daim güllə, mina hədəfində olan hərbi qulluqçu cəmi 11 min manat məbləğində sığorta olunur, deputat isə 5 illik vəzifə maaşı  (ortalıq 110 min manat)  həcmində. Belə çıxır,  10 şəhid (qanpulu) bir deputat qədər qiymətdədir? Tutuşdurma kobud olsa da, belə çıxır...

Məğrur BƏDƏLSOY

 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR