Deputatın otağında diqqətçəkən DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda — VİDEO
Millət vəkili Azər Əmiraslanovun deputat seçildikdən cəmi 2 ay sonra Ramiz Mehdiyev barədə dediyi sözlər və onu mədh etməsini əks etdirən müsahibə görüntüləri yayılıb.
Hurriyyet.az Tribuna.az-a istinadla xəbər verir ki, sözügedən görüntülər 2024-cü ilin noyabr ayında — sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərindən təxminən 2 ay sonra lentə alınıb. Deputat Azər Əmiraslanov şəxsi kabinetində verdiyi müsahibə zamanı təkcə səsləndirdiyi fikirlərlə deyil, arxa fonla da diqqət çəkib.
Belə ki, videodan A.Əmiraslanovun Ramiz Mehdiyevə xüsusi münasibəti açıq şəkildə hiss olunur. Otağında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri ilə yanaşı, Ramiz Mehdiyevin kitabı da xüsusi diqqət çəkən yerdə yerləşdirilib.
Məlumat üçün bildirək ki, hakimiyyəti ələ keçirməyə cəhddə təqsirləndirilən və hazırda ev dustağı olan Ramiz Mehdiyevin tərtib etdiyi 50 nəfərlik siyahıda deputat Azər Əmiraslanovun da adının olduğu iddia edilir.
A.Əmiraslanovun deputat seçildikdən 2 ay sonra şəxsi kabinetində verdiyi müsahibəni təqdim edirik:
