“Deputatın maaşı qalxanda niyə narazılıq olur?” - Deputat

2022-06-22 11:04:00

“Deputatın maaşı qalxanda niyə narazılıq olur?” - Deputat

“Deputatların maaşlarının artmasından xəbərim yoxdur”.

Hurriyyet.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib.

Deputat qeyd edib ki, Azərbaycan deputatlarının əməkhaqqı digər ölkələrə nisbətən xeyli aşağıdır:

“Əgər deputatların əməkhaqları qalxırsa, bu, dövlətin əməkhaqqı siyasətidir. Əlbəttə ki, maaşlarımız qalxsa, çoxsaylı problemlərin həllinə müəyyən mənada dəstək olacaq. Niyə deputat maaşı qalxanda narazılıq olur? Elə məmurlar, işçilər var ki, 5000 manatdan yuxarı əməkhaqqı alırlar. Deputata gələndə niyə narazılıq yaranır? Elələri var ki, əməkhaqları yüksəkdir, onlara niyə etiraz etmirlər? Düşünürəm ki, bu, dövlətin maaş siyasətidir”./Bakupost


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya