Saat:19:03
Haqqımızda

Deputatdan təklif: Bu qızların qarşısı alınsın, normal qadınların sevgi tapmasına mane olurlar

2024-04-17 20:10:33

Deputatdan təklif: Bu qızların qarşısı alınsın, normal qadınların sevgi tapmasına mane olurlar

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov bildirib ki, Rusiyada xarici tanışlıq proqramları bağlandıqdan sonra yerli analoqlar sferası kifayət qədər inkişaf edib, lakin bir problem hələ də mövcuddur.

Hurriyyet.Az publika.az-a istinadən xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bunlar "fahişələr, saxlanılan qadınlar və internet saytlarında normal qadınlar kimi maskalanan eskort qızlardır".

"Bu insanlar tanışlıq saytlarının peşəkar sakinləridir", - deyə "Parlamentar Gazeta" Milonovdan sitat gətirib: "Onların ailə qurmaq məqsədi yoxdur, lakin çoxlu əlaqələri var".

Deputatın sözlərinə görə, o, belə xidmətlərin administratorları ilə danışıb və onlar təsdiqləyirlər ki, belə qadınları müəyyən etmək asandır, onları adi qadınlardan ayırmaq çətin deyil.

"Lakin tanışlıq saytları peşəkar istifadəçiləri bloklamaq istəmir, çünki bu, onların gəlir mənbəyidir", - deyə Milonov şikayətlənib. Onun fikrincə, tanışlıq saytları belə qızları bloklamağa məcbur edilməlidir və administrasiya əməkdaşlıqdan imtina edərsə, "Roskomnadzor" buna nəzarət edə və bütün xidməti bloklaya bilər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166008