Saat:04:16
Haqqımızda

Deputatdan taksilərdə qiymət artımına ETİRAZ: “Xalqın nəbzini yoxlayırlar”

2023-01-10 00:21:00

Deputatdan taksilərdə qiymət artımına ETİRAZ: “Xalqın nəbzini yoxlayırlar”

“Bakıda taksilər həddindən artıq çoxdur. Hətta deyərdim ki, Bakıdakı taksilər özündən beş dəfə böyük İstanbuldakından da çoxdur. Bu da insanların çoxunun dolanışığının aşağı olması ilə əlaqədardır”.
Bunu deputat Tahir Kərimli Bakıvaxtı.az-a Bakıda qarın yağması səbəbilə taksilərin qiymətinin artmasına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, lakin bahalaşma məsələsi sanki bizdə tendensiyaya çevrilib:
“Yəni, hər sahədə bahalaşma hökm sürür. Digər sahələrdə bahalaşmanın qarşısı alınmadığına görə taksiçilər də fikirləşir ki, biz niyə qiyməti qaldırmayaq?! Hər kəs xalqın nəbzini yoxlayır. Hər sahədə bahalaşma edərək sanki xalqın nə reaksiya verəcəyini yoxlayırlar. Ona görə də təkcə taksiçi şirkətlərini günahlandırmaq da olmaz. Onlar da digər sahələrə baxıb nümunə götürürlər”.
T.Kərimli qeyd edib ki, bahalşma mexanizmi Azərbaycanda işləyir:
“Bunun qarşısını nə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, nə də digər orqanlar ala bilir, nə də aktiv etirazlar var. Ona görə də mən belə hesab edirəm ki, taksilər də çox olduğundan, insafla danışsaq, qiymətlər aşağıdır. Buna görə də onlar da bahalaşma meyilinə qaçırlar. Təəssüf edirəm ki, bu bəla artıq onlara da siraət edir. Belə halda insanların şikayətlənməsi də təbiidir”.
Qeyd edək ki, qarlı hava şəraiti üzündən Bakıda taksi qiymətləri artıb. Belə ki, beynəlxalq taksi şirkətləri "Bolt" və "Uber" qiymətləri 60%-dən 3 dəfəyə qədər artırıb. Şəhər içində 1,4 km-lik məsafəni əvvəl 1,2 manata təklif edən "Bolt" hazırda qiyməti 2 manata kimi artırıb. "Uber" isə eyni məsafəyə görə, 3,3 manat qiymət müəyyən edib.
Fərdi qaydada fəaliyyət göstərən taksi qiymətlərinin də kəskin artdığı bildirilir.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206370