Deputatdan işçilərinə BAYRAM SÜRPRİZİ... - "İndi işçilər düşüb tanış-bilişin canına ki..."

2023-01-04 09:55:00

Deputatdan işçilərinə BAYRAM SÜRPRİZİ... -

"Kontakt Home"dan biabırçı bayram kampaniyası: ÖZ İŞÇİLƏRİNİ BELƏ ƏLƏ SALDILAR...

Hurriyyet.az bildirir ki, bu barədə 7NEWS.az saytı məlumat paylaşıb. Saytın xəbərində iddia olunur ki, bu barədə jurnalist Sevinc Paşayeva məlumat verib:

"Deyirlər, "Kontakt Home" bayramla əlaqədar işçilərinə 50 manat pul mükafatı təyin edib. Amma əlbəəl yox. Hərəyə bir yaşıl rəngli "Sevindirən kart" paylayıb, pulu da köçürüb içinə. İndi işçilər ha əlləşir-vuruşur, kartdan pulu çıxara bilmir. Səbəb də odur ki, həmin "green card"la elə şirkətin öz mağazalarından mütləq nəsə almalıdırlar. Yəni verdiyim pulu təzədən elə özümə qaytar prinsipi... İndi işçilər düşüb tanış-bilişin canına ki, bəlkə kiminsə Kontaktdan 50 manatlıq avadanlıq almaq fikri ola, alışı bu kartla edə, sonra da öz aralarında nağdlaşdıralar. Nə isə ki, əməllicə zibilə düşüblər: yumşaq desək, şirkətin marketinq zibilinə..."

Onu da qeyd edək ki, sözügedən şirkət deputat Elnur Allahverdiyevə məxsusdur...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.139645