Saat:10:58
Haqqımızda

Deputatdan açıqlama: - “Şafdalı” yazan müəllimlər...

2022-09-07 17:12:00

Deputatdan açıqlama: - “Şafdalı” yazan müəllimlər...

Əgər bir müəllim şaftalını “şafdalı”, anbarı “ambar” kimi yazırsa, bu o müəllimin elm səviyyəsinin aşağı olmasından xəbər verir.

Hurriyyet.az
xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov sertifikasiya zamanı müəllimlərin yol verdiyi qüsurlar haqda danışarkən deyib.

“Məlum oldu ki, imtahan zamanı bəzi müəllimlər elementar Azərbaycan dilində olan sözlərin yazılışında səhvə yol veriblər. Sertifikatlaşırılma imtahanında yüksək nəticə göstərə bilməyən müəllimlər əlavə ödəniş ala bilməyəcəklər. Bu isə artıq onların öz günahıdır.

Eyni zamanda nazirin təhsildə uğur qazana bilməyən müəllimlərlə bağlı səsləndirdiyi fikirlər çox ciddi bir siqnal olmalıdır. Əgər onlar müqəddəs peşənin sahibi kimi fəaliyyətlərini davam etdirmək istəyirlərsə, öz üzərlərində işləməlidirlər. Savadlı müəllim olacaqsansa, savadlı gənc yetişdirəcəksən, özünün isə sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaqsan. Artıq məsuliyyət bundan sonra sözlərin düzgün yazlışını bilməyən həmin müəllimlərin üzərinə düşür”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR