Saat:10:47
Haqqımızda

Deputat yerlərinin sayı 150-ə çatdırıla bilər – Referendum olacaqmı?

2022-05-26 17:03:00

Deputat yerlərinin sayı 150-ə çatdırıla bilər – Referendum olacaqmı?

“Referendum keçirilməsi ölkə Prezidentinin səlahiyyətlərinə aid olan məsələdir. Deputat yerlərinin sayının artırılması barədə də hələ ki məlumatım yoxdur. Bütün bunlar olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək və hər birimiz bu məsələlərlə o zaman dərindən tanış ola biləcəyik. Düşünürəm ki, deputat yerlərinin sayı 175-ə qədər artırılmaz. Bu rəqəm gələcəkdə 150-151 əsasında ola bilər”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

O bildirib ki, Azərbaycan hüquqi, demokratik dövlətdir və burada yaşayan bütün xalqların, etnik azlıqların hüquqları Konstitusiyada qeyd olunub: “Azərbaycanlı olan həmvətənlərimiz parlamet, icra orqanları, bir sözlə bütün sahələrdə çalışırlar. Bu və ya digər formada insanlara hansısa məsələdə fərq qoyulması ölkəmizdə mövcud deyil. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda və digər ərazilərdə yaşayan ermənilər də ölkəmizdə yaşayan başqa xalqlar kimi bərabərhüquqlu statusa malikdirlər. Bütün məsələlər öz həllini tapandan sonra gələcəkdə həmin bölgələrimizdə də seçkilər keçiriləcək. Xalqın böyük əksəriyyəti kimə səs verəcəksə, etnik millətindən, dinindən, dilindən asılı olmayaraq həmin şəxs Azərbaycan vətəndaşı kimi parlamentə deputat kimi seçilə, seçildiyi bölgəni təmsil edə bilər. Bu, konkret məsələdir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR