Saat:08:27
Haqqımızda

Deputat Tahir Mirkişili Moldova Parlamentinin komitə sədri ilə görüşüb

2024-05-01 17:27:01

Deputat Tahir Mirkişili Moldova Parlamentinin komitə sədri ilə görüşüb

Mayın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Moldova Respublikası Parlamentinin İqtisadiyyat, büdcə və maliyyə komitəsinin sədri Radu Marian ilə görüşüb.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir. 

Səmimi söhbət şəraitində keçən görüşdə Azərbaycan-Moldova münasibətlərindən bəhs edilib, dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanan sənədlərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsi üçün əsaslı hüquqi baza yaratdığı qeyd olunub. Görüşdə parlamentlərimiz arasında əlaqələr də uğurla inkişaf edir və qanunvericilik sahəsində təcrübə mübadiləsinin önəmli olduğu, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların, habelə deputatların parlamentlərarası qurumlarda və beynəlxalq təşkilatlarda əməkdaşlığının mühüm əhəmiyyət daşıdığı bildirilib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Moldova ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev, işçi qrupun üzvü Məşhur Məmmədov, Moldova parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Vitali Jakot və digər rəsmi şəxslər iştirak ediblər.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183458