Saat:06:38
Haqqımızda

Deputat: “Şükürlər olsun, Azərbaycan xalqı uşaqsevən xalqdır, artım da göz qabağındadır...”

2024-05-01 15:28:01

Deputat: “Şükürlər olsun, Azərbaycan xalqı uşaqsevən xalqdır, artım da göz qabağındadır...”

ABŞ mərkəzli media şirkəti “U.S. News”nin hazırladığı və ölkələrdəki mövcud şəraiti əsas götürərək uşaq böyütmək üçün hansı ölkənin daha əlverişli olduğunu göstərən reytinq cədvəli geniş müzakirə yaradıb. Belə ki, reytinqlərə görə, Azərbaycan son onluqda yer alıb. 

Hurriyyet.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov pravda.az-a açıqlamasında reytinqin nəticələri ilə razılaşmayıb: 

“Azərbaycanda uşaq artımı ilə bağlı statistik rəqəmlərə baxın, sonra ABŞ-nin şirkətinin araşdırmaları ilə müqayisə edin, cavab oradadır. Şükürlər olsun ki, Azərbaycan xalqı uşaqsevən xalqdır. Dövlət də bu istiqamətdə əlindən gələn dəstəyi göstərir. Artım da göz qabağındadır. Başqa araşdırmaya ehtiyac yoxdur. Onlar necə araşdırırlar, necə edirlər, özləri bilərlər...” 

Qeyd: 87 ölkənin yer aldığı siyahıda Azərbaycan 78-ci yerdə qərarlaşıb. Reytinq cədvəli 17 mindən çox insan arasında aparılan sorğu əsasında hazırlanıb və insan haqlarının vəziyyəti, ailə mühiti, gender bərabərliyi, xoşbəxtlik indeksi, gəlir nisbəti, təhlükəsizlik, təhsil imkanları, səhiyyənin vəziyyəti kimi meyarlar əsas götürülüb. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.235284