Saat:19:13
Haqqımızda

Deputat: "Sosial şəbəkələrdə təhqirə yol verənlər cəzalandırılmaldır"

2022-01-20 19:12:00

Deputat:

"Milli Məclisdə "Media haqqında" qanun layihəsi müzakirə edilərkən sosial şəbəkələrin də tənzimlənməsi ilə bağlı fikirlər səsləndirildi. Əslində, sosial şəbəkələrdə təkcə məmurlar, deputatları deyil, adi vətəndaşları da bir sıra hallarda heç bir dəlil olmadan təhdid və təhqir edirlər. Kiminsə günahkar olub-olmadığını bilmədən onu günahlandırır və ona şər atırlar".
Hurriyyet.az
bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, sosial şəbəkələrdə bu kimi xoşagəlməz halların qarşısını almaq üçün qanun layihəsi hazırlanmalıdır: "Mən bunun birmənalı olaraq tərəfdarıyam. İnsanları təhqir etmək, onların şəxsiyyətinə toxunmaq yolverilməzdir. Fərqi yoxdur, kimsə digərini hətta sosial şəbəkələrdə belə təhqir edirsə, o, cəzalandırılmalıdır. Bu, bir sıra hallarda xüsusilə vəzifə adamlarının işgüzar imicinə mənfi təsir göstərir. Doğrudan da bəzən, ümumiyyətlə, həqiqətə qətiyyən uyğun gəlməyən məlumatlar paylaşılır. Qanun layihəsi hazırlayaraq bu cür problemlərinin daha geniş yayılmasının qarşını almalıyıq".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR