Deputat: “Sosial şəbəkədə Bəxtiyar Hacıyevin paylaşımına baxanda, Tofiq Yaqublu ilə bağlı ssenarini xatırladım...”

2022-04-23 21:21:00

Deputat: “Sosial şəbəkədə Bəxtiyar Hacıyevin paylaşımına baxanda, Tofiq Yaqublu ilə bağlı ssenarini xatırladım...”

“Müəyyən qaragüruh qüvvələr ölkədə şou yaratmağa çalışırlar. İctimai fəal Bəxtiyar Hacıyev iddia edir ki, maskalı şəxslər onun başına torba keçiriblər, zor tətbiq ediblər, naməlum istiqamətə apararaq təzyiq göstəriblər. Sosial şəbəkədə onun paylaşdığı statusa baxanda, Tofiq Yaqublu ilə bağlı ssenarini xatırladım. Bilirsiniz ki, Tofiq Yaqublunun məsələsi araşdırıldı, məlum oldu ki, hər hansı zor tətbiq olunmayıb, tam əksinə, Tofiq Yaqublu özü-özünü döyübmüş. Bəxtiyar Hacıyevin məsələsi ilə bağlı da araşdırma aparılır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu qəbul edib. Nazir tapşırıq verib, ciddi araşdırma gedir. Bu, onu göstərir ki, Azərbaycan hüquqi dövlətdir, siyasi baxışından asılı olmayaraq, hər bir vətəndaş qorunur, qanun qarşısında hər kəs bərabərdir”.
 
Hurriyyet.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.
 
C.Osmanovun sözlərinə görə, araşdırma aparılacaq, doğrudan da, Bəxtiyar Hacıyevin iddia etdiyi kimi, o, bir qrup şəxs tərəfindən zorakılığa məruz qalıbsa, bunu edənlər cəzalandırılacaq: “Təəssüflər olsun ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasında, Milli Şurada təmsil olunanlar və digər radikal qüvvələr məsələdən şou düzəltməyə çalışırlar. Onlar bunu heç bir sübut, dəlil olmadan hakimiyyətin üzərinə atmağa çalışırlar. Bu cür cəhdlərin kökündə başqa məsələ var. Baxın, Şuşada tarixi hadisə baş verir, Dünya Azərbaycanlılarının V Qurultayı keçirilir. Qurultayın Şuşada keçirilməsi ermənilərin Azərbaycandakı səfiri kimi xidmət göstərən Əli Kərimlini, o cümlədən Milli Şuranın üzvlərini çox ciddi narahat edir. Məhz AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində 1992-ci ildə Şuşa işğal edilmişdi. İndi isə dünya azərbaycanlılarının ürəyi Şuşada döyünür, qurultay keçirilib, bu, milli birliyin təntənəsidir, həmrəyliyin nümayişidir. Bundan kimlər narahat olurlar? Erməni revanşistləri, erməni lobbisi və onlara xidmət edən AXCP və Milli Şurada təmsil olunanlar... Bir daha qeyd edirəm ki, Bəxtiyar Hacıyevin məsələsi ciddi araşdırılacaq. Kimlərsə şou düzəltməyə çalışmasın, əmin olsunlar ki, buna nail ola bilməyəcəklər. Hər hansı qüvvə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə kölgə sala bilməz”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya