Saat:04:00
Haqqımızda

Deputat Siyavuş Novruzov: Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb

2024-04-23 11:30:11

Deputat Siyavuş Novruzov: Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb

Aprelin 23-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb. 

O qeyd edib ki, bu, beynəlxalq təşkilat və dövlətlər, eləcə də Azərbaycanda həmin dövlətlərə xidmət göstərən insanlar, siyasi partiyalar və s.- dir. Siyavuş Novruzov, “Azərbaycan hər zaman atdığı addımı beynəlxalq hüquq normalarına uyğun atır”, deyə vurğulayaraq qeyd edib ki, Azərbaycanın tələb etdiyi və ortaya qoyduğu məsələlər haqq işidir.

“Əfsus ki, bəzi ölkələr özlərini demokrat adlandırsa da, bu addımların heç birində Azərbaycanın haqq işində nəinki dəstək göstərmək, onun əleyhinə ikitərəfli bağlanacaq sülh müqavilələri və digər məsələlərə qarşı məkrli niyyətlərini ortaya qoyur. Xocalı soyqrımını, Azərbaycan xalqının və insanlıq əleyhinə cinayət törədənlər, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlara qarşı bu günə qədər hələ sanksiya tətbiq olunmayıb.

Azərbaycanda Əli Kərimli adında “tiktoker” var. Bir kompüter, bir də özüdür. Qoyur qabağına danışır. Təbii ki, kompüter danışa bilmədiyindən ona cavab verə bilmir. Əgər Ə.Kərimlinin cəsarəti çatıb hər hansı fikir söyləmək istəyirsə istənilən internet saytda fikir bildirməsi üçün dəvət edirik. Ona başa salaq ki, dünya nədən ibarətdir. Dünya xalqı və dövlətini sevməkdir. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumatlar vermək heç də yerində deyil. Nə vaxt istəyir, biz hazırıq”, deyə o vurğulayıb.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192020