Saat:05:56
Haqqımızda

Deputat qızı nazirliyi məhkəməyə verdi

2022-08-10 22:33:00

Deputat qızı nazirliyi məhkəməyə verdi

Deputat Fəzail Ağamalının qızı Günay Ağamalı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında məhkəmə çəkişməsi gedir.
Günay Ağamalı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarından şikayətçidir.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Araşdırmalarımız zamanı məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə Günay Ağamalı İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə cərimələyib. Məlumat üçün deyək ki, həmi maddədə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslərin üç min manat miqdarında, vəzifəli şəxslərin yeddi min manat miqdarında, hüquqi şəxslərin isə qırx beş min manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.
Günay Ağamalı isə qərarla razılaşmayaraq məhkəməyə müraciət edib. \\32gun.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR