Deputat oğlu ilə "Bank Respublika" işçisi ÜZ-ÜZƏ
2024-08-12 11:55:37
56 saylı Şabran-Xaçmaz dairəsi üzrə deputatlığa namizəd Mahir Süleymanlının əsas rəqibi bəlli olub.
Hurriyyet.az xəbər verir ki, tribunainfo.az-ın məlumatına görə, bu dairədən “Bank Respublika”nın KOB kreditləri üzrə mütəxəssisi Rüstəm Hidayətzadə onun alternatividir.
O, ReAl Partiyasını təmsil edir. Mahir Süleymanlı isə YAP-ın namizədidir və Milli Məclisin Aparatında sektor müdiri vəzifəsini tutur. Onun atası Tahir Süıeymanlı da vaxtilə deputat olub.