Saat:02:52
Haqqımızda

Deputat Mehman Hüseynovun hərəkətini pislədi: "Bütün əndazələri aşır, Milli Məclisi təhqir edir..."

2023-01-30 20:01:00

Deputat Mehman Hüseynovun hərəkətini pislədi:

Milli Məclisin deputatı Rauf Əliyev bloger Mehman Hüseynovun millət vəkillərini təhqir edərək, Milli Məclisin qarşısına çiynində paz aparması kimi hərəkətlərini pisləyib. 

Deputat Rauf Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, Mehman Hüseynovun bu cür qeyri-etik hərəkətləri yolverilməzdir:

"Bu adamlar özlərini "demokrat" adlandırırlar, amma səviyyəsiz və tərbiyyəsiz hərəkətlər edirlər. Bu səbəbdən də onunla bağlı mütləq hüquq-mühafizə orqanlarına şikayət olunmalıdır. Artıq bütün əndazələri aşır, Milli Məclisi, deputatları təhqir edir. Heç bilmirlər ki, biz hansı əhəmiyyətli işlərlə məşğul oluruq. Mehman Hüseynov kimi adamlar insanları qaralayıb, aşağılayır. Təbii ki, hüquq-mühafizə orqanları onun bu cür qeyri-etik hərəkətləri ilə bağlı araşdırma aparmalıdır".


Həsən

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR