Saat:20:43
Haqqımızda

DEPUTAT ETİBAR ƏLİYEV KƏSKİN DANIŞDI - “Savadsız, yelbeyin adamlar...”

2024-05-08 13:14:01

DEPUTAT ETİBAR ƏLİYEV KƏSKİN DANIŞDI - “Savadsız, yelbeyin adamlar...”

Millət vəkili Etibar Əliyevin Milli Məclisin dünənki iclasında çıxışını təqdim edirik:

"Azərbaycanda yer tapa bilməyib xaricə çıxıb gedənlərin özlərini mühacir adlandırmağa mənəvi haqları yoxdur. Sevinc Osmanqızı, avantüristlər Aleks Raufoğlu (əvvəlki adı Ələkbər olub), Beydulla Manaf başda olmaqla bunların heç biri mühacir deyillər.

Mühacirlər Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov və başqa görkəmli şəxsiyyətlər olublar. Savadsız, yelbeyin, vətənə bağlı olmayan adamlar mühacir deyillər, kimlərinsə əlində alətdirlər. Bunlar Azərbaycana qarşı yürüdülən ləyaqətsiz siyasətə dəstək verirlər. Zəfərimizi belə qəbul etmirlər.

ABŞ-nin 66 konqresmeni Nümayəndələr Palatasının Təsisatlar Komitəsini Qarabağdan köçən ermənilərə 200 milyon dollar ayırmağa, ABŞ-nin Ermənistana hərbi yardımını artırmağa, Azərbaycana bütün hərbi və təhlükəsizlik təsisatlarını dayandırmağa çağırıb. Məktubda konqresmenlər Ermənistana müdafiə üçün 20 milyon dollar ayrılmasını da tələb ediblər.

Amerika və Avropaya sığınan milli satqınlarımızdan fərqli ABŞ-dən və Avropadan da mühacir olanlar var. Birini misal çəkəcəm. Adını çəkdiyim şəxsin vicdanı Osmanqızının vicdan asqırtısına bənzəmir. "Vicdan asqırtısı" anlayışı böyük filosof Jan Pol Sartra məxsusdur.

Nyu-Yorkda doğulmuş, yaşamış, baxışlarına görə dissident olan professor Maykl Parenti “Çirkli həqiqətlər” kitabında bu ölkəni mükəmməl xarakterizə edib. O yazır“Dünyanın ən varlı dövləti bəşəriyyətə həmişə fəlakətlər gətirib və indi də ölkələrin daxili işlərinə müdaxilə etməkdə davam edir. Ölkənin problemləri isə saysız-hesabsızdır. Məsələn, hər il 30 minə yaxın amerikalı intihar edir, 13 milyon insan cinayətlərin qurbanına çevrilir. 37 milyon insan psixi vəziyyətlərinə nəzarət üçün tibbi preparatlar qəbul edir. Hər il 80 milyon insanın psixi köməyə ehtiyacı yaranır, milyonlarla uşaq şiddət nəticəsində evdən qaçır. 5 milyon nəfər türmələrdədir, 4,5 milyon aclıq içərisindədir. 7-10 milyon arası işsizlik mövcuddur. Bu ölkə 12 ilin içərisində 58 min əsgər itirdi Vyetnamda. 100 minlərlə bu müharibənin əlilləri oldu. Bu ölkədə bir neçə milyon nəfər öz əcəli ilə ölmür, zorakı səbəblərdən ölürlər.

Artıq “Pax amerikana” “Amerika sülhü” paradiqması işləmir. Qıc olub. Sülüh dəstəkləmək əvəzinə təcavüzkar Ermənistana hərbi dəstək verilməsinə çağırış edirlər. Azərbaycan dünyada terrorun kökünün kəsilməsində müstəsna rolu olan ölkədir. Rasional antiterror əməliyyatı buna bariz nümunədir. Azərbaycan özünü bütün dünyaya Sülh tərəfdarı olan dövlət kimi tanıtdırıb və tanıtdırmaqdadır.

Azərbaycanda keçiriləcək COP29 konfransı İqlim gələcəyinə həsr olunub və Bəşəriyyətin qayğısına qalmağa xidmət edir… Bəşəriyyət bunun faydalarını görəcək".

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.230801