DEPUTAT ƏDLİYYƏ NAZİRLİYİNİ TƏNQİD ETDİ – “4 dəfədir, bir gəncin ümidlərini puç edirlər...”

2023-04-14 17:11:00

DEPUTAT ƏDLİYYƏ NAZİRLİYİNİ TƏNQİD ETDİ – “4 dəfədir, bir gəncin ümidlərini puç edirlər...”

Millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev ədliyyə orqanlarında gənclərin işə qəbul zamanı yaradılan süni əngəllərə, bürokratiyaya etiraz edib.

Deputatın “Feysbuk” səhifəsində bu barədə paylaşdığı qeydləri tədim edirik: “Tanıdığım çox zəhmətkeş bir bənna var. Oğlu 4 dəfə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi Ədliyyə orqanlarına qulluğa qəbul imtahanlarında yüksək nəticə toplayıb. Ədliyyə Nazirliyinin müsahibə komissiyası 4 dəfədir ki, bu gəncin ümidlərini puç edir. Biz, Milli Məclisdə dəfələrlə çıxışlarımızda müsahibə mərhələsinin götürülməsini təklif etmişik. Müsahibə mərhələsi çox vaxt DİM-in imtahanlarını şübhə altına alır. Əvəzsiz bənna, gözəl insanın mədəni və əxlaqlı oğlunu çox pessimist gördüm. Gənc yorulub və bir daha imtahanlarda iştirak etməyəcəyini mənə söylədi. Haqlıdır, 4 dəfə keçirilən imtahanlarda sahəsinə aid suallara cavab verib keçid balını toplayan bir gəncə müsahibədə hansı suallar verilə bilər? Özü də bu gənc Bakını yox, Azərbaycanın rayonlarından birində işləməyi seçir...

DİM imtahanlarında yüksək bal toplayanları vakant yerlərə uyğun olaraq sıralama ilə yerləşdirmək lazımdır. İşçinin gələcəkdə özünü doğruldub-doğrultmaması başqa məsələdir. Qurumlarda işçinin fəaliyyətini izləyən şöbələr fəaliyyət göstərir və təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar.

4 dəfə imtahandan keçən bir gəncə bu dövlət orqanı başqa bir iş də təklif etmir. BDU-nun Hüquq fakültəsini bitirmiş iki azyaşlı övladı olan bir gəncdən söhbət gedir...”

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.172721